Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

WKF, AKF və MKF prezidentləri baş sponsor ABB rəhbəri ilə görüşüb

A+ a-
21 Noyabr 2014 01:14

     Dünya və Avropa Karate Federasiyalarının prezidenti Antonio Espionos və Avropa Karate Federasiyasının baş katibi Stepan Selan Bakıya növbəti səfəri zamanı Milli Karate Federasiyasının (MKF) Baş sponsoru Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə heyətinin sədri Cahangir Hacıyev ilə görüşüblər.

     MKF prezidenti Yaşar Bəşirov da görüşdə iştirak edib. C.Hacıyev Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini, həmçinin qazanılan yüksək nəticələrin ölkə prezidenti və Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi diqqəti sayəsində əldə edildiyini nəzərə çatdırıb.

     A.Espinos Azərbaycan karate idmanının ilbəil artan uğurlarından razı qaldığını, federasiyanın bir çox ölkələrə nümunə ola biləcək fəaliyyətindən məmnun olduğunu və Avopra oyunlarında da yüksək nəticələr qazanacağına inandığını ifadə edib. O həmçinin hərtərəfli dəstəyə görə, baş sponsor ABB rəhbərinə minnətdarlığını bildirib. Görüş zamanı Antonio Espinos Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin yeni üzvü Yaşar Bəşirova rəsmi nişanı təqdim edib.

     Görüşün sonunda qonaqlara Azərbaycanın rəmzlərini əks etdirən xatirə hədiyyələri verilib.