Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Gənclərdən ibarət milli komanda ilə görüş keçirilib

A+ a-
19 Oktyabr 2021 13:47

Azərbaycan Repsublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri Cənab İlham Əliyevin ölkə idmanında gənc idmançı nəslinə imkanlar yaratmaq və karyerasını bitirməkdə olan idmançıların perspektivli gənclərlə əvəz edilməsi tövsiyyələrinə uyğun olaraq Azərbaycan Milli Karate Federasiyası tədbirlər planı hazırlayıb. 

Federasiya rəhbərliyi və məşqçilər heyəti qarşıdakı yüksək səviyyəli yarışlarda nəticələri artırmaq məqsədi ilə perspektivli gənc idmançılarla nəzərdə tutulan işlərin bir hissəsi kimi gənclərdən ibarət milli komandanın üzvləri ilə yığıncaq keçirib. İclasda Cənab İlham Əliyevin tövsiyyələrini heyət üzvlərinə çatdıran federasiya prezidenti Yaşar Bəşirov gənclərin üzərinə düşən məsuliyyətdən danışıb. Ölkə idmanının şərəfli yükünü çəkmək üçün onların hər cür qayğı ilə əhatə olunduğunu, bunun nəticəsi kimi vətənə yüksək əyarlı medallarla dönməyin vacibliyini bildirib. O nümunə olaraq noyabrın ikinci yarısı Dubayda böyüklərin Dünya çempionatında heyətə gənclər arasında Avopa çempionu Əminaağa Quliyevə imkan yaradıldığını bildirib.    

Azərbaycan karateçilərinin nəticələrinin Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosun konqres və mühim görüşlərdə dəfələrlə dilə gətirdiyini nəzərə çatdıran federasiya rəhbəri, ötən günlərdə A.Espinosun doğum gününə rəsmi təbrikin cavabı kimi bir daha bu böyük dəyərin və xoş sözlərin təkrarlandığından məmnun olduğunu deyib.  

 

Media və İctimaiyyətlə İşlər katibi Səmnan Məhərrəmov