Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Kişi və qadın karateçilər mövsümün son liqa turnirində

A+ a-
28 Sentyabr 2021 12:28

     Milli komandanın üzvləri Moskvada Karate1 Premyer Liqasısnın bu il son mərhələsində iştirak edəcəklər. 

     Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə Vitse-prezident Rəhman Hətəmov, o cümlədən 4 məşqçi, 4 beynəlxalq hakim və 22 idmançı və kata komandası yer alıb. Kişillərin böyük məşqçiləri Şahin Xudaverdiyev və Rəşad Hüseynov, eləcə də qadınların baş məşqçisi Denis Morozovun müşayiəti ilə kumite yarışlarına Əminağa Quliyev, Hüseyn Məmmədli və Sultan Hüseynov (-60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə, Hümmət Baxşəliyev və Tale Yaqubov (-67 kq), Rafael Ağayev və Fərid Ağayev (-75 kq), Turqut Həsənov və Pənah Abdullayev (-84 kq), Asiman Qurbanlı və Orxan Heydərli (+84 kq), qadınlardan isə Nuranə Əliyeva və Fidan Teymurova (-50 kq), İlahə Qasımova və Mədinə Sadiqova (-55 kq), Ayla Rzazadə (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılacaq.

     Kata üzrə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə fərdi çıxışlarda Roman Heydərov və Emin Namazov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparacaq. 

     Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimovdan başqa Anar Allahverdiyev və Rənad Əliyev dərəcələ imtahanı verəcəklər. 28-29 sentyabrda Rusiyaya yola düşən karateçilər oktyabrın 4-də Bakıya dönəcəklər. Moskvadakı nüfuzlu turnirdə 55 ölkədən 441 karateçi iştirak edəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov