Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Zəfərin ildönümünə həsr edilmiş yarış keçiriləcək

A+ a-
16 Sentyabr 2021 11:55

      25-26 Sentyabr tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Azərbaycan Karate Təşkilatının (AKT) birgə təşkilatçılığı ilə Qarabağ müharibəsində zəfərin ildönümünə həsr edilimiş karate üzrə Bakı şəhər birinciliyi və çempionatı keçiriləcək. 

     "ASK Arena" stadionunun mini futbol meydançasında açıq havada kata və kumite üzrə fərdi yarışlar 8-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında olacaq. Qalib və mükafatçılara Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, AMKF və AKT tərəfindən müvafiq diplom, medal və kuboklar təqdim ediləcək.

     Qarabağ müharibəsində zəfərin ildönümünə həsr edilimiş Bakı şəhər birinciliyi və çempionatının açılış mərasimi 25 Sentyabrda saat 17:00-a planlaşdırılıb. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov