Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Məktəbli karateçilər idman oyunlarından medallarla dönürlər

A+ a-
15 Sentyabr 2021 22:44

Karateçilərimiz Serbiyanın paytaxtı Belqrad şəhərində Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə (İSSF) keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında uğurlu çıxış ediblər.

İdmançılarımız yarışda 1 qızıl, 3 gümüş və 2 bürünc olmaqla, 6 medala sahib olublar. 14-15 yaşlı yeniyetmələrdən Rəşid Süleymanov (-63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıblar.

Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə İSSF tərəfindən xüsusi medalla təltif edilib. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov