Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan karateçiləri l MDB Oyunlarını 9 medalla başa vurub

A+ a-
11 Sentyabr 2021 18:38

İnci Əzizova (-50 kq) Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının qalibi olub. 

Əminağa Quliyev (-60 kq), Osman Osmanlı (+84 kq) və Həsənəli Həsənov (kata) final görüşlərində uduzaraq gümüş mükafata sahib olub. 

Ceyhun İsmayılov (kata), Sultan Hüseynov (-60 kq), Nuran Rzazadə (-67 kq), Abbas Dadaşov (-84 kq) və Mədinə Sadıqova (67 kq) isə bürünc medala layiq olub. 

Bununla da Azərbaycan karateçiləri yarışı 9 medal əldə ediblər. Ümumilikdə Azərbaycan idmançıları Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarını 60 medalla başa vurub.

medallardan 15-i qızıl, 16-sı gümüş, 29-u bürünc əyarlı olub. Beləliklə, Azərbaycan medal əyarında 4-cü, medal sayında 5-ci yeri tutub. I MDB Oyunlarında 9 ölkə mübarizə aparıb.

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov