Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Məktəbli karateçilər dünya oyunlarında

A+ a-
10 Sentyabr 2021 13:15

11-19 Sentyabr tarixlərində Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə "Dünya Məktəblilərinin İdman Oyunları" yarışı keçiriləcək.

Məktəblilərin növbəti idman oyunlarında ölkəmizi Təhsil Respublika İdman Mərkəzinin karate üzrə 8 idmançıdan ibarət seçmə komandası təmsil edəcək. Baş məşqçi Əbülfət Qarayev məsul yarışda 14-15 yaşlı yeniyetmələrdən Amin Yadigarlının (52 kq), Cavidan Cəlilzadə (57 kq), Rəşid Süleymanov (-63 kq), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq), Sunay Kazımova (-54 kq), Məryəm Qurbanova (+54 kq) və Ramilə Heydərlinin (kata) çışıx etməsinə üstünlük verib.

Onlardan əlavə beynəlxalq hakim Vüqar Kərimov 13-15 yaşlı məktəbilərinin oyunları idarə edən hakimlər arasında, məşqçi Əli Rəcəbov isə komanda ilə birgə olacaqlar.   

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov