Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Rumil Cəfərli Avropa ikincisi oldu!

A+ a-
21 Avqust 2021 11:11

     16-17 yaşlı Gənclərdən ibarət seçmə komandanın üzvü Rumil Cəfərli (-76 kq) Finlandiyanın Tampere şəhərində Avropa çempionatının gümüşmedalına sahib olub. 

     Tampere "İce Arena"da yarışın ikinci günü 6 karateçimizin nəticələrini təqim edirik:

 

 

 

Kumite

16-17 yaşlı gənclər

-61 kq

Nicat Kərimli - Kristian Svae-Jembli (NOR) 2:0

N.Kərimli - Dominik Dziuda (POL) 0:0 mübarizəni başa vurdu.

 

-68 kq

Fərid Talıbov - Yevgeni Son (RUS) 0:5

Təsəlliverici görüşlər

F.Talıbov - Rigon Baruti (KOS) 0:4 mübarizəni başa vurdu.

 

-76 kq

Rumil Cəfərli - Titas Qrinas (LTU) 9:0

R.Cəfərli - Qabriel Di Gioia (SUİ) 7:0

R.Cəfərli - Robert Hovannisyan (ARM) 2:2

1/2 final

R.Cəfərli - Lukas Deprins (BEL) 1:0

Final

R.Cəfərli - Louzos Vasiliu (CYP) 1:2

 

-48 kq

 Fatima Cəbrayılova - Marii Rap (EST) 2:0

 F.Cəbrayılova - Dalma Yakuboviç (HUN) 2:1

 F.Cəbrayılova - Andrea Kvetonova (CZE) 1:2 mübarizəni başa vurdu.

 

-59 kq

Suada Kərimova - Nejra Sipoviç (BİH) 1:3

Təsəlliverici görüşlər

S.Kərimova - Jovanna Miçovska (MAK) 3:2

S.Kərimova - Robin Vezel (NED) 0:4 mübarizəni başa vurdu.

 

-55 kq

Fərid Savadov - Salvatroe Bamundo (İTA) 0:0

F.Savadov - Ruben Eblin (FRA) 8:0

F.Savadov - Urko Primisia (ESP) 0:1

 

 

      Milli komanda Avropa çempionatına 24 karateçi ilə qatılıb. 14-15 yaşlı yeniyetmələrdə 6 idmançı, 16-17 yaşlı gənclərdə 18-21 yaşadək gənclər arasında isə 10 karateçimiz mübarizə aparır. Onlardan 19 nəfəri kumitedə, 5 idmançı isə kata yarışlarında iştirak edir.

     Qitə çempionatını idarə edən hakimlər arasında 5 hakimimiz var. Avropa çempionatında 45 ölkədən 996 idmançı mübarizə aparır. Bazar günü 18-21 yaşadək yaşlı gənclər tatamiyə çıxacaq.

           

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Tampere, Finlandiya