Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

14-15 yaşlı yeniyetmələrdən 2 qızıl və bürünc medal

A+ a-
20 Avqust 2021 11:36

   14-15 yaşlı yeniyetmələr Avropa çempionatında 2 qızıl və bir bürünc medal qazanıblar. 

     Rəşid Süleymanov (-63 kq) və Nihad Kərimzadə (+70 kq) Avropa çempionu, Aysu Əliyeva isə (-47 kq) qitə üçüncüsü olub. 

     20-22 Avqust tarixlərində Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isı 13-cü qitə çempionatı davam edir.  

     Tampere "İce Arena"dan qitə çempionatında idmançılarımızın ilk yarış günündən nəticələrini təqim edirik:

 

Kata

 

14-15 yaşlı yeniyətmələr

Turan Əhmədzadə qrup mərhələsində mübarizəni dayandırdı.

Tamella Sultanlı qrup mərhələsində mübarizəni dayandırdı.

 

16-17 yaşlı gənclər

Emin Namazov qrup mərhələsində mübarizəni dayandırdı.

Zəhra Qurbanzadə qrup mərhələsində mübarizəni dayandırdı.

 

21 yaşadək gənclər 

Ceyhun İsmayılov qrup mərhələsində mübarizəni dayandırdı.

 

 

Kumite

 

14-15 yaşlı yeniyetmələr

 -63 kq

Rəşid Süleymanov - Devid Frederikson (DEN) 3:0

R.Süleymanov - Fran Host (CRO) 4:1

R.Süleymanov - Zuniga Mateo (GER) 0:0

1/2 final

R.Süleymanov - Kiirl Miçko (RUS) 2:0

Final

R.Süleymanov - Artem Şaruba (BLR) 6:0

 

+70 kq

Nihad Kərimzadə - Jakob Zumer (SLO) 6:1

N.Kərimzadə - Antoni Stepnievski (POL) 1:0

1/2 final

Nihad Kərimzadə - Fernando Marino (İTA) 2:0

Final

Nihad Kərimzadə - Andrey Basarov (BLR) 0:0

 

-47 kq

Aysu Əliyeva - Venera Varlamova (EST) - Anastasia Aksiuçits (BLR) görüşünün qalibi ilə 4:0

A.Əliyeva - Zuzanna Dopieralska (POL) 0:3

3-cü yer uğrunda görüş

A.Əliyeva - Ana Lujiç (CRO) - Sara Lippert (DEN) görüşünün görüşünün qalibi illə 5:3

 

+54 kq

Nəzrin Piriyeva  -  Armina Erkan (TUR) 1:7 mübarizəni dayandırdı.

 

  

     Milli komanda Avropa çempionatına 24 karateçi ilə qatılıb. 14-15 yaşlı yeniyetmələrdə 6 idmançı, 16-17 yaşlı gənclərdə 8, 21 yaşadək gənclər arasında isə 10 karateçimiz mübarizə aparır. Onlardan 19 nəfəri kumitedə, 5 idmançı isə kata yarışlarında iştirak edir.

     Qitə çempionatını idarə edən hakimlər arasında 5 hakimimiz var. Avropa çempionatında 45 ölkədən 996 idmançı mübarizə aparır. Yarışın ikinci günü 16-17 yaşlı gənclər tatamiyə çıxacaq.

      

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Tampere, Finlandiya