Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Yeniyetmə və gənclərdən ibarət kata milli komandaları Qazaxda təlim-məşqləri başa vurub

A+ a-
12 Avqust 2021 17:14

Yeniyetmə və Gənclərdən ibarət milli komandalarımız 20-22 Avqust tarixlərində Finlandiyanın Tampere şəhərində Avropa çemionatına hazırlıqları davam etdirirlər.

Bu məqsədlə Qazax Olimpiya İdman Kompleksində təlim-məşqlər keçən kata milli komandasının 8 üzvü on günlük hazırlıqlarını başa vurublar. Milli komandanın böyük məşqçisi Vüqar Kərimovun rəhbərliyi ilə gündə iki dəfə məşq keçən karateçilər fiziki, psixoloji və taktiki hazırlıqlarını artırıblar. Böyük məşqçi Anar Əhmədov da kataçıların təlim-məşqlərində iştirak edib. 

Təlim-məşqlərə qatılan böyüklərdən ibarət milli komandanın üzvləri Roman Heydərov və Neda Rezai 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı və 18-21 yaşadək gənclərə fərdi təcrübələri ilə dəstək veriblər. Aşağı yaşlı karateçilər bu ay qitə çempionatından əlavə, sentyabrda 1-ci MDB Oyunlarında iştirak edəcəklər. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov