Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Azərbaycan Milli Karate Federasiyasının prezidenti: Rafael Ağayev canlı əfsanədir

A+ a-
10 Avqust 2021 15:58

Bizim karateçilərimiz bir nömrədir. Rafael Ağayev isə canlı əfsanədir. Bütün dünya bilir ki, 2008-ci ildə Rəfael Ağayev Yaponiyada həmin zalda iki qızıl medal qazanıb.

Bunu Tokio Olimpiadasında uğurla çıxış edən karateçilərimizin avqustun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov jurnalistlərə müsahibəsində deyib.

İrina Zaretskanı da favorit adlandıran federasiya rəsmisi bildirib: “O, dünya və Avropa çempionudur. Biz belə idmançılarla böyük ümidlə yola düşdük və finala çatdıq. Təəssüf ki, qızıl medal qazana bilmədik. Amma bu hakimlərdən, ətraf mühitdən və bəxtdən asılı oldu”.

Türkiyənin ən güclü karateçilərindən birinin üçüncü yeri tutduğunu, digərinin isə ümumiyyətlə mükafatçılar sırasına düşə bilmədiyini vurğulayan Y.Bəşirov qeyd edib: “Bundan əlavə, bir neçə idmançıya ümid bəslənilsə də, uğur qazana bilmədilər. Bunu təsəlli üçün demirəm. Hər bir azərbaycanlı fəxr edə və sevinə bilər ki, iki yüz dövlət arasında iki final qazandıq. Bu o deməkdir ki, Azərbaycan altı finalın ikisində təmsil olundu. Düzdür, qızıl medal qazanılsa, daha yaxşı olardı. Karate olimpiadalarda ilk dəfə keçirildiyi üçün qızıl medalı qazanmalı idik. Ancaq bundan da pis ola bilərdi”.

Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.