Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Karate millisinin baş məşqçi: Hədəfimiz Tokio Olimpiadasında üç medal qazanmaq idi

A+ a-
09 Avqust 2021 15:56

Karateçilərimizin Tokio Olimpiadasında qazandığı uğurlu nəticəyə görə Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan Olimpiya Oyunlarına üç karateçi ilə qatılmışdı. Hədəfimiz də üç medal qazanmaq idi.

Bunu Tokio Olimpiadasında uğurla çıxış edən karateçilərimizin avqustun 9-da Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində karate üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Tağıyev jurnalistlərə müsahibəsində deyib.

Mütəxəssis qeyd edib: “Olimpiadada çempion olmaq istəyirdik. Amma buna da şükür. Rafael Ağayev bizim üçün çempiondur. Hakimlərin səhvi olmasa idi, Rafael birinci yeri tutacaqdı. İrina Zaraetska da finaladək yaxşı çalışdı, amma həlledici qarşılaşması uğursuz oldu. Onu da təbrik edirəm. Firdovsi Fərzəliyev Tokioda güclü yaponiyalı rəqibini məğlub etmişdi. O da finalda mübarizə aparmağa layiq karateçidir”.

Tokio Olimpiadasına 44 idmançı ilə qatılan komandamız dördilliyin zirvə yarışını 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb.