Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

İrina Zaretska: “Hamı məndən Olimpiadanın qızıl medalını gözləyirdi” ​

A+ a-
07 Avqust 2021 18:42

Tokio-2020-də karate yarışında gümüş medal qazanan təmsilçimiz İrina Zaretska mükafatlandırma mərasimindən sonra yarış barədə fikirlərini bölüşüb.
"Birinci yeri tutub, qızıl medal qazana bilərdim. Amma bu istəyim həyata keçmədi. Bilirəm, hamı məndən Olimpiadanın qızıl medalını gözləyirdi. Mən medalın bir addımlığında uduzdum. Yarış başa çatdıqdan sonra bunu hiss etdim. Lakin həmin anlar geridə qaldı. Hisslərimi sözlə ifadə edə bilmirəm. İndi anlayıram ki, bu necə vacib idi. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Bilirəm ki, bütün Azərbaycan məndən qızıl medal gözləyirdi. Mənə yazırdılar, işarələyirdilər. Dəstəyiniz üçün çox sağ olun, nəsə olsa, bağışlayın. İlk olaraq cənab prezidentdən üzr istəyirəm. Bilirdim ki, qızıl ala biləcək sonuncu idmançı idim və buna çox az qalmışdı. Sözün əsl mənasında, mənə 1 saniyə yetmədi, - deyə İrina bildirib.