Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Firdovsi Fərzəliyev Tokio Olimpiadasında mübarizəni dayandırıb

A+ a-
05 Avqust 2021 16:58

Azərbaycan karateçisi Firdovsi Fərzəliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

67 kiloqram çəki dərəcəsində mübarizə aparan karateçimiz A qrupu çərçivəsində sonuncu döyüşünü keçirib. Misirli Əli Elsavi ilə qarşılşan karateçimiz 0:1 hesabı ilə məğlub olub.

Karateçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub. Növbəti döyüşündə təmsilçimiz Yaponiya idmançısı Naoto Saqonu 1:0 hesabı ilə üstələyib. Darxan Assadılov (Qazaxıstan) ilə qarşılaşmada təmsilçimiz 2:6 hesabı ilə məğlub olub.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək. Karateçimiz qrupda ilk iki pillədə qərarlaşa bilməyib.