Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Ağstafada rayonun açıq birinciliyi keçirilib

A+ a-
14 Iyul 2021 16:11

Uşaq və yeniyətmələr arasında karate üzrə Ağstafa rayon açıq birinciliyi keçirilib.

Ağstafada yay aylarında məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə keçirilən tədbirlərdən biri olaraq şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunan yarışda Azərbaycan Milli Karate Fedarasiyasının (AMKF) Qərb bölgəsindən olan nümayəndələr iştirak edib. 7-13 yaşlı uşaqlar arasında fərdi kumite yarışlarında Gəncə şəhəri, Qazax və Ağstafa rayonundan 45 nəfər karateçi mübarizə aparıb.

İdmançıların mükafatlandırma mərasimində iştirk edən Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev və AMKF-in Gəncə regionu üzrə baş məşqçisi Ziya Namazov yarışda ərqlənən idmançılara müvafiq medal və diplomlarla təltif ediblər.