Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Firdovsi Fərzəliyev Tokio Olimpiadasına vəsiqə qazandı

A+ a-
11 Iyun 2021 23:24

Firdovsi Fərzəliyev -67 kq olimpiya çəki dərəcəsində Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.  

İlkin mərhələdə Li Jinvaya (Koreya) 2:0, Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn F.Fərzəliyev, yarımfinalda Martial Tadissiyə  (Macarıstan) 2:5 hesabı ilə mğlub olub. Bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edən karateçimiz Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı da qazanıb. 

Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə 3-cü yeri tutan F.Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə alıb. 

Turnirin ilk günü çıxış edən digər idmanılarımızdanNeda Rezai (kata) və İlahə Qasımova (-55 kq) ilk görüşlərdə məğlub olublar. 12 İyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (-61 kq) yarışa qatılacaq. Bazar günü isə Asiman Qurbanlı (+75 kq) olimpiya lisenziyası qazanmağa çalışacaq. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Paris, Fransa