Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Parisdə Olimpiya təsnifat turniri başlanıb

A+ a-
11 Iyun 2021 11:39

Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq üçün Fransanın paytaxtı Parisdə olimpiya lisenziyalı turnirdə mübarizəyə başlayıblar. 

"Pyer de Kubertyen" arenasında yarışda altı idmançımızdan üçü bu gün turnirə qatılıb. Olimpiadaya vəsiqələr uğrunda əvvəlcə Neda Rezai (kata), Firdovsi Fərzəliyev (-67 kq) və İlahə Qasımova (-55 kq) çıxış edib. Onlardan yalnız F.Fərzəliyev yarımfinalda məğlub olaraq bürünc medal görüşünə qatılıb. Bu mərhələdə qalib gələn idmançımız olimpiya vəsiqəsi uğrunda dördlər finalına yüksəlib. Firdovsi Fərzəliyev həlledici mərhələdə yarışın finalçıları və figər bürünc mükafatçı ilə çətin görüşlərdən də mükafatla ayrılıb. Nəticədə o Tokio Olimpiaadasına lisenziya qazanmaqla yanaşı, turnnirin bürünc medalına da sahib olub. 

12 İyunda Roman Heydərov (kata) və Fəridə Abiyeva (-61 kq) yarışa qatılacaq. Bazar günü isə Asiman Qurbanlı (+75 kq) olimpiya vlisenziyası qazanmağa çalışacaq. 

Xatırladaq ki, Azərbaycan hələki Tokio Olimpiadasının karate yarışlarına 2 vəsiqə alıb. Tokio 2020-nin təsnifat mərhələsini uğurla dəf edən ilk 40 idmançının adları arasında İrina Zaretska (+61 kq) və Rafael Ağayevin (-75 kq) 3 rəqibi artıq məlumdur.  

11-13 İyunda Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparacaq. Yarışın hər çəki dərəcəsində ilk üçlük olimpiya lisenziyaları qazanacaq.

Qeyd edək ki, olimpiadada 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. 40 karateçidən başqa daha 24 idmançı 11-13 İyun tarixlərində Parisdə xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanmağa çalışacaq.

12 əlavə olimpiya lisenziyası isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Digər 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə təqdim ediləcək. Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək. 

Karateçilərimizin yarışın ilk günündən nəticələrini təqdim edirik:

 

Kata

Neda Rezai, ilkin mərhələdə 21.18 xalla 10-cu yer. Mübarizəni dayandırdı.

 

Kumite

Firdovsi Fərzəliyev - Li Jinvan (Koreya) 2:0

Firdovsi Fərzəliyev - Luka Spitz (İsveçrə) 2:0

Firdovsi Fərzəliyev - Ramil Makaalay (Filippin) 1:0

Firdovsi Fərzəliyev - Şaban Abdulla (Küveyt) 2:1

Firdovsi Fərzəliyev - Fiqueyra Vinisius (Braziliya) 1:0

Yarımfinal

Firdovsi Fərzəliyev - Martial Tadissi (Macarıstan) 2:5

 

Təsəlliverici görüşlər, bürünc medal matçı

Firdovsi Fərzəliyev - Stefan Cokiç (Serbiya) 3:2

 

Olimpiadaya vəsiqə uğrunda dördlər finalı (qələbəyə 2 xal, heç-heçəyə 1 xal, məğlubiyyətə 0 xal verilir)

Firdovsi Fərzəliyev - Eray Şamdan (Türkiyə) 0:1

Firdovsi Fərzəliyev - Martial Tadissi (Macarıstan) 0:0

Firdovsi Fərzəliyev - Rəhman Əlmasatfa (İordaniya) 0:0

  

İlahə Qasımova - Dorota Banaszçik (Polşa) 2:3. Mübarizəni dayandırdı.

 

Yarışdan foto alboma federasiyanın rəsmi Facebook səhifəsindən baxa bilərsiniz! 

 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Paris, Fransa