Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Qurban Tağıyev “Olimpiya ümidləri” layihəsinin məşqini idarə edib

A+ a-
27 Mart 2022 11:00

     Azərbaycan Milli Karate Federasiyası ölkədə karatenin inkişafı strategiyasının bir hissəsi olaraq 14-15 yaşlı yeniyetmələrdən ibarət milli komandanın heyətinə daha yüksək səviyyəli idmançılar cəlb etmək məqsədi ilə yeni layihəni davam etdirir. 

 

     Növbəti məşqi kişilərdən ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Qurban Tağıyev keçib. Məşqçi Novruz Əliyevin aissitentliyi ilə son məşqdə paytaxt və bölgələrdən 25-dək idmançı iştirak edib. 

     

     “Olimpiya ümidləri” layihəsi 12-13 yaşlı uşaqlar arasında Respublika çempionatının mükafatçılarına şamil edilib. Həmyaşıdları arasında fərqlənən perspektivli karateçilərə həftədə bir dəfə xüsusi məşqlər keçirilir. Məşqlər tanınmış karateçilər və milli komandaların məşqçilər heyəti tərəfindən keçirilir. 

 

 

     Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov