Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Özbəkistan karateçiləri Şahin Xudaverdiyevlə yüksək nəticə göstərdilər

A+ a-
15 Oktyabr 2014 00:12

                                                    

     Özbəkistan milli komandasını 17-ci Asiya Oyunlarına çalışdırmağa dəvət alan əməkdar məşqçi Şahin Xudaverdiyev Cənubi Koreyadakı mötəbər yarışdan uğurla dönüb. 

     Gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ş.Xudaverdiyevin rəhbərliyi altında Özbəkistan karateçiləri 1 gümüş və 2 bürünc medala sahib olaraq ümumi komanda hesabında 8-ci yeri tutublar. Bu nəticə Özbəkistan seçmə komandasının tarixində Asiya Oyunlarının ən yüksək nəticəsidir. Şahin Xudaverdiyev bundan əvvəl isə özbəkistan karateçilərini Asiya çempionatına hazırlamağa dəvət alıb. O zaman onlar bir neçə müxtəlif əyarlı medallar qazanaraq ilk tarixi uğurla yadda qalıblar. Həmçinin qeyd edək ki, Asiya Oyunlarına son hazırlıqların bir hissəsini Azərbaycanda milli komandamızla bir yerdə, baş məşqçi Rəhman Hətəmovun rəhbərliyi altında keçən Qazaxıstan idmançıları ötən nüfuzlu yarışda yüksək nəticə göstəriblər.

     Ş.Xudaveridyev Asiya Oyunlarında uğurları ilə bağlı Milli Karate Federasiyasının video kanalına müsahibə verib. İzləyə bilərsiniz.