Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Tayland milli komandası təlim-məşqlərə gəlib

A+ a-
28 Avqust 2014 23:26

     Asiyanın nüfuzlu karate ölkələrindən olan Taylandın milli komandası Azərbaycan karateçiləri ilə birgə təlim-məşqlər keçirmək üçün Bakıya gəlib. Qonaqlar artıq bir neçə gündür ki, seçmə komandamızla dəniz kənarı və "Şəfa" İdman Sağlamlıq Mərkəzində hazırlıqlar keçirlər.

     Hər iki heyət, əsasən də Taylandlı idmançılar birgə hazırlıqdan çox məmnudurlar. Tayland seçmə komandası dünya karatesinin aparıcı ölkələrindən olan Azərbaycanlı idmançılarla təlim-məşq mübadiləsinin onlara böyük təcrübə verdiyini bildiririlər.

    Bu komandaları sentyabrın ilk yarısı iki yarış gözləyir. İstanbulda Premyer Liqanın ardından V "Baku Open" beynəlxalq turnirinə haızrlaşan Azərbaycan və Tayland karateçilərinin bu ilki əsas hədəfi isə noyabrın əvvəlində Almaniyada Dünya çempionatıdır. Baş məşqçilər Rəhman Hətəmov və Tareq Abdesselam belə təcrübə mübadilələrinin mötəbər yarışlarda müsbət effektinə əmindirlər.