Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Olimpiya təsnifat turnirində son yarış günü

A+ a-
13 Iyun 2021 13:25

Parisdə karateçilərin Olimpiya təsnifat turnirində son yarış günü daha bir idmançımız Asiman Qurbanlı +75 kq olimpiya çəki dərəcəsində mübarizəyə qatılıb.  

Xatırladaq ki, turnirin ilk günü Fordovsi Fərzəliyev (-67 kq) bürünc medal qazanmaqla həm də dördlər finalında üçüncü olub Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. 11-13 İyunda Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparırq. Yarışın hər çəki dərəcəsində ilk üçlük olimpiya lisenziyalarına sahib olur. 

Karateçilərimizin yarışın ilk günü və ertəsi günün nəticələri ilə təkrar tanış ola bilərsiniz. Yarışdan foto alboma federasiyanın rəsmi Facebook səhifəsindən baxa bilərsiniz! 

 

Kumite, +75 kq

Asiman Qurbanlı - Nəbil Əç-Çəabi 4:3

Asiman Qurbanlı - Aleksey Vodçits (Belarus) 5:1

Asiman Qurbanlı - Rodriqo Roxas (Çili) 1:0

Asiman Qurbanlı - Tareq Hamedi (Səudiyyə Ərəbistanı) 2:9

 

Təsəlliverici görüşlər, bürünc medal matçı

Asiman Qurbanlı - Daniel Gaysinski (Kanada) 0:7, mübarizəni dayandırdı.

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Paris, Fransa