Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Yox
Bitərəf
Ses ver

Parisdə Olimpiya təsnifat turniri davam edir

A+ a-
12 Iyun 2021 11:23

Fransanın paytaxtı Parisdə Tokio Yay Olimpiya Oyunlarına növbəti vəsiqələr qazanmaq uğrunda olimpiya lisenziya turniri davam edir. 

"Pyer de Kubertyen" arenasında yarışın ikinci günü daha iki idmançımız mübarizəyə qatılır. Roman Heydərov (kata) və Fəridə Abiyevanı (-61 kq) olimpiya vəsiqəlqəri qazanmaq üçün gərgin görüşlər keçiriib. Lakin idmançılarımız nə müdalçılar, nə də olimpiada iştirakçıları arasına düşə bilməyiblər.

Xatırladaq ki, olimpiya təsnifat turnirinin ilk günü Firdovsi Fərzəliyev -67 kq olimpiya çəki dərəcəsində lisenziyaya sahib olub. Ötən günün digər nəticələri ilə də tanış ola bilərsiniz. 

11-13 İyunda Parisdə lisenziya turnirində 98 ölkədən 500 karateçi olimpiya vəsiqələri uğrunda mübarizə aparır. Yarışın hər kateqoeiyasında ilk üçlük olimpiya lisenziyaları qazanacaq.

Karateçilərimizin bu günə olan nəticələrini təqdim edirik:

 

Kata

Roman Heydərov 24.72 xalla 6 nəfərlik qrupda 1-ci yer

Roman Heydərov 24.52 xalla 8 nəfərlik qrupda 3-cü yer

Roman Heydərov 24.20 xalla 8 nəfərlik qrupda 5-ci yer, mübarizəni dayandırdı.

 

 

Kumite, -61 kq

Fəridə Abiyeva - Jaklin Faktos (Ekvador) 3:1

Fəridə Abiyeva - Anna Miqqou (Almaniya) 2:2mübarizəni dayandırdı.

 

Yarışdan foto alboma federasiyanın rəsmi Facebook səhifəsindən baxa bilərsiniz! 

 

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Paris, Fransa