Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

İrina Zaretska Moskvada nüfuzlu turnirin finalına yüksəldi

A+ a-
05 Oktyabr 2019 10:04

Moskvada Karate1 Premyer Liqa turnirində ikinci yarış günüdür. Turnirin ilk günü Rafael Ağayev (-75 kq) qızıl medal döyüşünə, Nuranə Əliyeva isə bürünc mükafat döyüşünə qatılmaq şansı qazanıb.

 

Bu gün digər idmançılarımız mübarizəyə qatılacaqlar. Kumite çıxışlarında Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (+84 kq), Roman Heydərov (kata), eləcə də Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) döyüşlərin keçirəcək.

 

Meqasport Arena kompleksində turnirdən İdmançılarımızın nəticələrini yarış zalından canlı mətn icmalı ilə təqdim edirik:

 

Kata

Roman Heydərov

1.R.Heydərov 22.92 xal, qrupda 5-ci yer. Mübarizəni başa vurdu.

  

Kumite

-84 kq

Ayxan Mamayev

1. A.Mamayev - Jessi Da Kosta (Fransa) (ikinci mərhələdən) 1:2. Mübarizəni başa vurdu.

  

Pənah Abdullayev

1. P.Abdullayev - Rafael İbanez (İspaniya) 4:0

1. P.Abdullayev - Uğur Aktaş (Türkiyə) 1:4. Mübarizəni başa vurdu.

  

Turqut Həsənov

1. T.Həsənov - Adi Gyurik (Slovakiya) 4:2

2. T.Həsənov - Mehdi Xudabaxşi (İran) 3:3

3. T.Həsənov - Ryutaro Araqa (Yaponiya) 3:7

Təsəlliverici görüşlər

4. T.Həsənov - Denis Denisenko (Rusiya) 2:3. Mübarizəni başa vurdu.

 

+84 kq

Şahin Atamov

1. Ş.Atamov - Vasili Antoxi (Rusiya) 1:2. Mübarizəni başa vurdu.

  

Asiman Qurbanlı

1. A.Qurbanlı - Martos Martines (İspaniya) 6:1

2. A.Qurbanlı - Mehdi Filali (Fransa) 6:2. Mübarizəni başa vurdu.

 

Əli Cəfərov

1. Ə. Cəfərov - Daniel Tilen (Avstraliya) 4:0

2. Ə. Cəfərov - Lardi Tayron-Darnel (Nederland) 2:3. Mübarizəni başa vurdu.

  

-61 kq

Fəridə Abiyeva 

1.  F.Abiyeva - Tjasa Ristiç (Sloveniya) ağır zədə yetirməsi səbəbindən rəqib məğlubiyyətlə cəzalandırılrdı. Fəridə Abiyeva sonrakı görüşləri davam etdirə bilməyib. 

  

-68 kq

İrina Zaretska 

1. İ.Zaretska - Natalia Spiqolon (Braziliya) 1:0 (ikinci dövrə) 

2. İ.Zaretska - Ketrin Pederson (Danimarka) 4:0

3. İ.Zaretska - Linqlinq Tang (Çin) 3:0

Yarımfinal

4. İ.Zaretska - Marina Pakoviç (Monteneqro) 3:0

Final

5. İ.Zaretska - Qonq Li (Çin) (bazar günü)

 

+68 kq

Fəridə Əliyeva

1. F.Əliyeva - Kolf Saffron (Hollandiya) - Medis Mattea-Noa (Bosniya və Herseqovina) görüşünün qalibi ilə 1:1

2. F.Əliyeva - Hamida Abbasali (İran) 0:1. Mübarizəni başa vurdu.

 

 Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır. İlk yarış günündə idmançılarımızın çıxışlarından nəticələrə buradan baxa bilərsiniz. Nəticələr yenilənir!

 

 Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Moskva, Rusiya.