Milli komandamız Moskvada Karate1 Premyer Liqa turnirində mübarizəyə başlayıb.
İlk yarış günündə fərdi kumite çıxışlarında Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), qadınlardan isə Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) iştirak edir.
Onlardan başqa Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət kata milli komandası da mübarizəyə qatılır. Meqasport Arena kompleksində tunrirdən İdmançılarımızın nəticələrini yarış zalından canlı təqdim edirik:
Kata, komanda yarışı
Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev
Birinci mərhələ, 22:36 xalla qrupda 5-ci yeri tutmaqla. Mübarizəni başa vurdular.
Kumite, kişilər
-60 kq
Firdovsi Fərzəliyev, yarışa ikinci mərhələdən qatılır
1. F.Fərzəliyev - Əli Meskini (İran) 2:3. Mübarizəni başa vurdu.
-67 kq
Tural Ağalarzadə
1. T.Ağalarzadə - Andres Madera (Venesuela) 4:4. Zədələndi (yüngül beyin silkələnməsi)
2. T.Ağalarzadə - Vinisius Fiqueyra (Braziliya) 0:1. Mübarizəni başa vurdu.
Rafiz Həsənov
1. R.Həsənov - Jes Rosiello (Belçika) 2:3. Mübarizəni başa vurdu.
Hümmət Baxşəliyev
1. H.Baxşəliyev - Əmir Mehdizadə (İran) 6:6
2. H.Baxşəliyev - Soiçiro Nakano (Yaponiya) 1:3. Mübarizəni başa vurdu.
-75 kq
Rafael Ağayev
1. R.Ağayev - Yassin Sekuri (Mərakeş) - Qulam Abbas Saadi (Pakistan) 1:0
2. R.Ağayev - Rodriqo İbanez (İspaniya) 1:0
3. R.Ağayev - Matus Lieskovski (Slovakiya) 1:0
Yarımfinal
4. R.Ağayev - Bəhmən Əsgəri (İran) 2:0
Final (bazar günü)
5. R.Ağayev - Yermek Aynəzərov (Qazaxıstan) :
Qadınlar
-50 kq
Nuranə Əliyeva
1. N.Əliyeva - Endo Çinatsu (Yaponiya) 3:3
2. N.Əliyeva - Lusia Kovaçikova (Slovakiya) 7:2
3. N.Əliyeva - Sara Hubriç (ALmaniya) 1:1
Təsəlliverici görüşlər
4. N.Əliyeva - Çeili Qonsales (Qvatemala) 4:0
5. N.Əliyeva - Pisard May-Li (Fransa) 7:0
Bürünc medal uğrunda görüş (bazar günü)
6. N Əliyeva - Miho Miyahara (Yaponiya)
-55 kq
İlahə Qasımova
1. İ.Qasımova - İrina Sarıkina (Belarus) 1:2. Mübarizəni başa vurdu.
Karate1 Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Moskva, Rusiya.
