Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Karateçilər Şanxayda döyüşəcəklər

A+ a-
07 Iyun 2019 12:05

Milli komandamız həftəsonu Çinin Şanxay şəhərində mövsümün 4-cü Karate1 Premyer Liqa turnirində iştirak edir. 

Mötəbər rəsmi yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də -84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (-68 kq) mübarizə aparacaq. 

Komanda ilə birgə olan kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçi Qurban Tağıyevdən başqa beynəlxlaq hakimlər Cahangir Babayev və Vüqar Kərimov isə yarışı idarə edən referilər arasında olacaq. Nümayəndə heyətinə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov rəhbərlik edir. 

Milli komanda 11 iyunda Bakıya dönüb 2-ci Avropa Oyunlarına hazırlıqları davam etdirəcək. 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov