Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Avropa Oyunlarında karateçilərimizin sayı artdı

A+ a-
26 Aprel 2019 19:02

21-30 iyun tarixlərində Belarusun paytaxtı Minskdə 2-ci Avropa Oyunlarında Azərbaycandan daha bir karateçi iştirak edəcək. Avropa Karate Federasiyasının (EKF) oyunlarla bağlı xüsusi göstəricilərə əsasən qərarı ilə, Rafiz Həsənov (-67 kq) öz çəki dərəcəsində mübarizə aparacaq 8 idmançı arasına daxil edilib. 

Beləliklə 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı 2-ci Avropa Oyunlarına 7 karateçimiz qatılacaq. Azərbaycanı Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Asiman Qurbanlı (+84 kq) və Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (-50 kq) və İrina Zaretska (-68 kq) təmsil edəcək.

2-ci Avropa Oyunlarının karate yarışları 29-30 iyun tarixlərində Minskin Çijovka-Arena kompleksində keçiriləcək.

 

 

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov.