19-21 apreldə Mərakeş Krallığının paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından Premyer Liqa turnirində ikinci yarış günüdür. İlk günün nəticələrinə əsasən Rafael Ağayev (-75 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Bazar günü həlledici görüşdə rəqib Loqan Da Kosta (Fransa) olacaq.
20 apreldə digər 8 idmançımız döyüşlərə qatılır. Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), həmçinin Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretska (-68 kq), eləcə də Roman Heydərov (kata) həm medallar, həm də reytinq xalları uğrunda mübarizə aparacaqlar.
Karateçilərimizin nəticələri Şəhzadə Mulay Abdulla İdman kompleksində yarışdan birbaşa təqdim olunur.
Kata, kişilər
Roman Heydərov
Təsnifat mərhələsi
23.4 xal. Mübarizəni başa vurdu.
Kumite, kişilər
-84 kq
Ayxan Mamayev
1. İkinci dövrədə Əbdu Lahad Sisse (Seneqal) - 0:5
Mübarizəni başa vurdu.
Pənah Abdullayev
1. Durham Miçell (Avstraliya) - Koike Makato (Yaponiya) görüşünün qalibi ilə ikinci dövrədə - 4:4 (hakimlərin "Hantei" qərarı ilə 5:0)
2. Valeri Çobatar (Ukrayna) - 0:1
Təsəlliverici görüşlər
3. Denis Denisenko (Rusiya) - 4:2
4. Berat Jakupi (Makedoniya) - 1:3
Mübarizəni başa vurdu.
Turqut Həsənov
1. Daniel Giorgi (Macarıstan) - Kaiqu Rodriges (Braziliya) görüşünün qalibi ilə ikinci dövrədə - 4:2
2. Ryutaro Araqa (Yaponiya) - 2:3
Təsəlliverici görüşlər
3. Freddi Valera (Venesuela) - 6:0
4. Zəbullah Purşab (İran) - 1:5
Mübarizəni başa vurdu
+84kq
Şahin Atamov
1. İkinci dövrədə Aleksandr Pşenitsın (Rusiya) - 2:3
Mübarizəni başa vurdu
Asiman Qurbanlı
2. Səlim Bendiab (Fransa) - Brayn İrr (ABŞ) görüşünün qalibi ilə ikinci dövrədə - 2:0
2. Lardi Tayron-Darnell (Nederland) - 0:1
Mübarizəni başa vurdu.
Qadınlar
-61 kq
Fəridə Abiyeva
1. Btissam Sadini (Mərakeş) - 1:0
2. Mərvə Çoban (Türkiyə) - 1:3
Mübarizəni başa vurdu.
-68 kq
İrina Zaretska
1. İkinci dövrədə Kiti Smiljan (Slovakiya) - 8:0 (vaxtından əvvəl)
2. Yohanna Kniir (Almaniya) - 0:2
Mübarizəni başa vurdu.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Rabat, Mərakeş.
