Azərbaycan karateçiləri 19-21 apreldə Mərakeş Krallığının paytaxtı Rabatda Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından Premyer Liqa turnirində mübarizəyə başlayırlar.
Mövsümün 3-cü mərhələsinin ilk yarış günü 6 idmançımız döyüşlərə qatılır. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), eləcə də Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımovanın (-55 kq) ilkin nəticələri bu gün məlum olacaq. Medallar uğrunda döyüşlər bazar günü keçiriləcək. Digər karateçilərimiz isə şənbə günü yarışa çıxacaqlar.
İdmançılarımızın nəticələri Şəhzadə Mulay Abdulla İdman kompleksində yarışdan birbaşa təqdim olunur.
Kumite, kişilər
-60 kq
Firdovsi Fərzəliyev
1. Nader Əzzuzi (Tunis) - Viktor Stefanyuk (Ukrayna) görüşünün qalibi ilə ikinci dövrədə - 0:1
Mübarizəni başa vurdu.
-67 kq
Rafiz Həsənov
1. Stjepan Stimac (Xorvatiya) - 2:2
2. Denis Kopıtko (Ukrayna) - 0:1
Mübarizəni başa vurdu.
Hümmət Baxşəliyev
1. David Pataridze (Gürcüstan) - 0:3
Mübarizəni başa vurdu.
-75 kq
Rafael Ağayev
1. Əli Əsgər Asiabari (İran) - Beslan Mızov (Rusiya) görüşünün qalibi ilə ikinci dövrədə - 2:3
Təsəlliverici görüşlər
2. Beslan Mizov (Rusiya) - 0-0 (texniki qələbə)
3. Enes Qaribovic (Xorvatiya) - 2:1
4. Bəşər Əlnəjjər (İordaniya) - 2:0
Bürünc medal görüşü (bazar günü)
5. Loqan Da Kosta (Fransa) -
Qadınlar
-50 kq
Nuranə Əliyeva
1. Yamayka Kuyper (Nederland) - 1:1 (hakimlərin "Hantei" qərarı ilə 2-3)
Mübarizəni başa vurdu.
-55 kq
İlahə Qasımova
1. Assel Serikova (Qazaxıstan) - 5:1
2. Şiori Nakamura (Yaponiya) - 1:2
Mübarizəni başa vurdu.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Rabat, Mərakeş.
