İspaniyanın Quadalaxara şəhərində böyüklərin 54-cü Avropa çempionatı davam edir. 28-31 mart tarixlərində qitə çempionatının fərdi və komanda yarışlarında 19 idmançımız iştirak edir.
Turnirin ilk günü kumitenin bütün çəki dərəcələrində və kata üzrə fərdi yarışlar keçirilib. İdmançılarımızın nəticələri ilə buradan tanış ola bilərsiniz. Mükafat görüşlərinə vəsiqə qazanan idmançılar 30 martda yenidən tatamiyə, həlledici qarşılaşmaya çıxacaqlar.
Qitə &caedil;empionatının ikinci yarış günü komandalar mübarizəyə qoşulur. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandasının qrup rəqibləri Portuqaliya, İtaliya, Monteneqro və İspaniya karateçiləri olacaq. Komanda kumite turnirində Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Asiman Qurbanlı, Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayevdən ibarət heyət iştirak edəcək. İlahə Qasımova, Fəridə Abiyeva, İrina Zaretska və Fəridə Əliyeva digər komanda yarışlarında mübarizə aparacaqlar.
29 martda həmçinin Para-karateçilərin yarışı keçiriləcək. Azərbaycanı Dünya ikincisi Sahib Əhədov təmsil edəcək. Qitə çempionatının rəsmi açılış mərasimi də bu günə salınıb.
Pabellon Multuisos arenasından karateçilərimizin nəticələrini təqdim edirik.

Kata komandalarının yarışı
İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyev
Qrup rəqibləri - Portuqaliya, İtaliya, Monteneqro və İspaniya
1-ci mərhələ
23.72 xal, qrupda 3-cü yer
2-ci mərhələ
24.14 xal, qrupda 3-cü yer
Bürünc medal görüşü (bazar günü)
Rusiya -

Kumite komandalarının yarışı
Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Asiman Qurbanlı, Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev
Belarus - 3:0
A.Qurbanlı - 0:0
A.Mamayev - 1:0
P.Abdullayev - 1:0
T.Həsənov - 1:1
Rusiya - 3-1
R.Həsənov - 2:0
A.Mamayev - 2:2
P.Abdullayev - 4:3
T.Həsənov - 5:1
Ukrayna - 1:3
A.Qurbanlı - 0:8
P.Abdullayev - 0:5
A.Mamayev - 5:3
Ş.Atamov - 1:5

İlahə Qasımova, Fəridə Abiyeva, İrina Zaretska və Fəridə Əliyeva
Polşa - 2:0
İ.Zaretska - 2:0
F.Abiyeva - 5:2
İngiltərə - 1:2
F.Əliyeva - 1:3
İ.Zaretska - 2:0
İ.Qasımova - 2:4

Para-karate
Gözdən zəif idmançılar
Sahib Əhədov
Qrup rəqibləri - Moldova və Rusiya
39.94 xall, qrupda birinci yer
Final (şənbə günü)
Zviadi Vasadze (Gürcüstan) -

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Quadalaxara, İspaniya