4 mart tarixində milli komandanın üzvü, gənclər və böyüklər arasında dünya və avropa çempionu, 1-ci Avropa oyunlarının və 4-cü İslam Həmrəyliyi oyunlarının qalibi, eləcə də Karate1 Premyer Liqa və Seriya A turnirləri ilə birgə müxtəlif nüfuzlu yarışların qalib və mükafatçısı, 2017-ci ildə WKF-in təsis etdiyi "Grand Winner" mükafatının sahibi İrina Zaretskanın doğum günüdür.
Azərbaycan Milli Karate Federasiyasının kollektivi İ. Zaretskanı təbrik edir, ona idman karyerasında uğurlar arzulayır.
