Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Karateçilər Premyer Liqadan iki medalla dönüb

A+ a-
18 Fevral 2019 22:44

Böyüklərdən ibarət milli komandamız "Dubai Open" Karate1 Premyer Liqasından 2 mükafatla dönüb. 

İrina Zaretska (-68 kq) gümüş medal, Rafael Ağayev (-75 kq) isə bürünc medal qazanıb. Kata üzrə seçmə komanda və Turqut Həsənov (-84 kq) bürünc medal uğrunda həlledici görüşlərdə məğlub olublar. 

WKF nüfuzlu Karate1 Premyer Liqa seriyasından mövsümün ikinci mərhələsində 86 ölkədən 737 karateçi iştirak etdi. Dünya Karate Federasiyasının Hakimlər komitəsi tərəfindən etimad göstərilən beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov, mükafatlar uğrunda döyüşləri idarə edən xüsusi hakimlər qrupuna daxil ediliblər.

Azərbaycan karateçilərini martın ilk günlərində Avstriyada mötəbər Karate1 Seriya A turniri gözləyir. 

 

Media və İctimaiyytətlə İşlər katibi Sənan Məhərrəmov