Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Premyer Liqa turniri başlanıb.
Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından nüfuzlu yarışının ilk günü Firdovsi Fərzəliyev (-67 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Nuranə Əliyeva (-50 kq) və İlahə Qasımova (-55 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komanda görüşlərə qatılır.
86 ölkədən 737 karateçinin iştirakı ilə Dubay Premyer liqasında idmançılarımızın çıxışlarından nəticələri "Əl Vəsl" idman klubunun arenasından təqdim edirik.
Kata, komanda yarışları
Azərbaycan milli komandası qrupda 3-cü yeri tutaraq, bürünc medal uğrunda təsəlliverici görüşə (bazar günü) vəsiqə qazandı.
Kumite
-60 kq, Firdovsi Fərzəliyev
1. Covanni Martines (Venesuaela) - 1:0
2. Matkl Dasul (Belçika) - 3:1
3. Syonei Toyama (Yaponiya) - 4:0
4. Ancelo Kreçenso (İtaliya) - 0:4
Mübarizəni başa vurdu.
-67 kq
Rafiz Həsənov
1. Tomas Cordan (İngiltərə) - 2:4
Mübarizəni başa vurdu.
Hümmət Baxşəliyev
1. Kamilo Velozo (Çili) - 1:0
2. Stjepan Stimaç (Xorvatiya) - əsas vaxt 0:0, hakimlərin qərarı ilə (Hantei) 5:0
3. Stefan Pokorni (Avstriya) - 4:5
Mübarizəni başa vurdu.
-75 kq
Rafael Ağayev
1. İvan Martinaç (Xorvatiya) - Aleksandr Şerban (Rusiya) görüşünün qalibi ilə ikinci dövrədə - 1:0
2. Andrea Minardi (İtaliya) - 4:0
3. Erman Eltemur (Türkiyə) - 2:0
1/2 final
Bəhmən Əsgri (İran) - 0:2
Təsəlliverici görüşlər. Bürünc medal uğrunda həlledici qarşılaşma (bazar günü).
Loqan Da Kosta (Fransa) -
-50 kq
Nuranə Əliyeva
1. Əhməd Reem Səlama (Misir) - 2:8
Mübarizəni başa vurdu.
-55 kq
İlahə Qasımova
1. Lirisman Li (Estoniya) - əsas vaxt 0:0, hakimlərin qərarı ilə (Hantei) 1:4
Mübarizəni başa vurdu.
Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov. Dubay, BƏƏ.