Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Beynəlxalq karate infromasiya portalı yenə də Azərbaycandan yazdı

A+ a-
11 Iyul 2014 22:48

   Tanınmış karate informasiya portalı karate-news.net Azərbaycan karatesi ilə bağlı növbəti məlumatı yayıb. Portal iyulun əvvəlində Xorvatiyanın Umaq şəhərində Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti İlham Qasımzadənin yarışın yekunları ilə bağlı fikirlərini dərc edib.

   İ.Qasımzadə ilə görüşən karate-news.net-in redaktoru Zrinka Pezer qısa müsahibədən əlavə şəkillər və AMKF TV-nin video süjetini də portalda nümayiş etdirib.

   Müsahibənin tərcüməsi belədir: 

   "Indiyə kimi ilk dəfədir ki, Yeniyetmə və Gənclər arasında Dünya Kuboku yarışlarında 3 qızıl, 1 gumus və 3 bürünc medala sahib olmuşuq. 30-dan artıq olkənin iştirak etdiyi belə mötəbər yarışın komanda hesabında 2-ci nəticə gostərmək bizim ucun cox qürurvericidir.

    Dünya kuboku reytinqinə gorə Avropa və dünya cempionatlarından geri qalsa da, bizim üçün cox onəmli yarışdır. Xorvatiyadakı yarışda olkələrin güclü idmancıları istirak edirdi. Bu yarış bizim ucun həmçinin bir neçə «ilk»lərlə yadda qaldı. Belə ki, Dünya kuboklarında ən yüksək nəticəmizdən əlavə kata yarışlarında qızıl medal qazandıq. Aşagı yaşlılarda belə nəticələrin olması onu gostərir ki, Azərbaycan karatesinin davamı var, məbədi var.

    Hesab edirəm ki, dövlət tərəfindən, bas sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən bizə gostərilən etimadı lazımınca dogrultduq və bu belə də davam edəcək. Dovlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti Ilham Əliyevin idmana sevgisi və dəstəyi nəticəsində Azərbaycan idman ölkəsinə çevrilib".