Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Komandamız dünya çempionatının bürünc medalı uğrunda mübarizə aparacaq

A+ a-
28 Oktyabr 2016 23:41

     Azərbaycan karateçiləri komandalar arası dünya çempionatının bürünc medalı uğrunda döyüşəcəklər. 

     Niyazi Əliyev, Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Şahin Atamov, Asiman Qurbanlı və Orxan Heydərlidən ibarət heyət ilk mərhələdə Serbiyanı 2:1, ardından Amerika Birləşmiş Ştatlarının komandasını isə 3:0 hesabı ilə məğlub etdilər. Növbəti görüşdə İran idmançılarına eyni hesabla uduzan komandamız, rəqib finala yüksəldyindən təsəlliverici görüşlərə qatıldı. Bir-birinin ardnca İsveçrə və Hollandiya komandalarına 3:0 hesabı ilə qalib gələn karateçilərimiz bürünc medal uğrunda Fransa idmançıları ilə görüşəcək. 

     Nuranə Əliyeva, İlahə Qasımova, İrina Zaretska və Fəridə Əliyevadan ibarət qadın komandamız isə 4 görüş keçirdi. Cənubi Koreya və Dominikan respublikasının komandaları ilə 1:1 hesablı görüşdə xal üstünlüyü ilə mərhələ adlayan karateçilərimiz İspaniya idmançılarına eyni nəticə ilə uduzdular. İspanlar finaladək irəlilədiyindən komandamızın təsəlliverici görüşlərə qatılmaq imkanı oldu. İlk rəqib Rusiya ilə görüşdə 1:2 hesablı məğlubiyyət mükafatlara gedən yoa son qoydu. 

     Oktyabrın 29-da fərdi yarışların mükafat döyüşləri keçiriləcək. Finallarda Ayxan Mamayevin (-84 kq) rəqibi Yaponiyalı idmançı, Rafael Ağayevin (-75 kq) rəqibi isə Misirli karateçi olacaq. Firdovsi Fərzəliyev bürünc medal uğrunda Mərakeşli idmançı ilə mübarizə aparacaq. Ertəsi gün komandaların mükafatlar uğrunda həlledici yarışı ilə 24-cü dünya çempionatına yekun vurulacaq. Yarış günlərindən fotoalboma federasiyanın rəsmi "Facebook" əhifəsindən (https://www.facebook.com/karate.az/) baxa bilərsiniz. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov