Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Yaşar Bəşirov Braziliyada bir sıra görüşlərdə iştirak edib

A+ a-
09 Avqust 2016 09:46

     Rio-de-Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təqdimat mərasimi olub.
     Bu mötəbər yarışın Azərbaycan üçün favoritlərindən biri də karate idman növüdür. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov tədbirdə iştirak edib.

     Bundan başqa Y.Bəşirov Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları Təşkilat komitəsinin rəsmiləri, o cümlədən Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) 1-ci vitse prezidenti Çingiz Hüseynzadə və vitse-prezident Xəzər İsayev,  eləcə də Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla birgə görüş keçiriblər. Nazir A.Rəhimov və MOK rəsmiləri karatenin Olmpiya Oyunlarının proqramına daxil edilməsi münasibətilə A.Espinosu təbrik ediblər. Görüş zamanı 4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri və karatenin Azərbaycanda perspektivləri ilə bağlı birgə müzakirələr aparılıb.  

     (Fotolar Dilavər Nəcəfovundur).