Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

"Palandökən"dən 7 medalla

A+ a-
08 Avqust 2016 15:53

     Karateçilərimiz Ərzurumda 13-cü "Palandökən" beynəlxalq karate turnirində uğurla çıxış ediblər. Müxtəlif yaş dərəcələrində yarışa qatılan milli komandamızın üzvləri idmançılarımız 2 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər. 

     Seçmə komandanın üzvlərindən Fəridə Əliyeva (bpyüklər, +68 kq) və İsmayıl Quliyev çempion olublar. Roman Heydərov (gənclər və böyüklər milli komandası, kata) turnirin gümüş medalına, Asya Məlikova (böyüklər, -50 kq) və Murad Hacızadə (16-17 yaşlı gənclər, +76 kq) isə bürünc mükafata sahb olub. 

     14-15 yaşlıların komanda kata yarışlarında Ceyhun İsmayılov, Ayxan Novruzov və Səbuhi Quluzadə 3-cü yeri tutublar. İsmayılov Ceyhun həmçinin fərdi kata yarışlarında bürünc mükafat qazanıb. İdmançılar yarışda məşqçiləri Anar Allahverdiyev, Cahangir Babayev, Vüqar Kərimov və Yavər Hüseynovun rəhbərliyi altında iştirak ediblər. Beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov yarışı idarə edənlər arasında olub.

     Milli komandadan əlavə "Qaraqaplan", "MKM", "Dostluq" və "Arpaçay" klublarının digər idmançıları da Ərzurumda beynəlxalq turnirdən müxtəlif mükafatalarla dönürlər. 13-cü "Palandökən" beynəlxalq karate turnirində 30 ölkədən 2000-dən artıq idmançı itirak edib.