Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

AMKF prezidenti Yaşar Bəşirovun təbrik məktubu

A+ a-
04 Avqust 2016 23:35

Əziz karateçilər, Azərbaycanın karate ailəsi, hörmətli idman ictimaiyyəti!

Bildiyiniz kimi Beynəlxalq Olimpiya Komitəsi avqustun 3-də Braziliyanın paytaxtı Rio De Janeyroda karate idmanı üçün tarixi bir qərar qəbul etdi. On illərdi gözlənilən bu qərar nəticəsində karate Yay Olimpiya Oyunlarının proqramına daxil edildi.

Xatırladım ki, bundan əvvəl iki dəfə karatenin Olimpiya oyunlarına salınması üçün səsvermə prosedurları son anda uğursuz alınmşdı. Lakin bu dəfə tam fərqli bir qərarın olacağına inanırdıq. Bunun üçün son illər genişmiqyaslı işlər görürlməsi belə deməyə əsas verirdi.  

Böyük fəxrlə qeyd etmək istərdim ki, karatenin Olimpiadaların proqramına daxil edilməsində Azərbaycanın xüsusi rolu oldu. Ölkə rəhbəri, Milli Olimpiya Komitəsinin prezidenti, ali baş komandan cənab İlham Əliyevin tövsiyyəsi ilə karate növü Bakı 2015, 1-ci Avropa Oyunlarının proqramına daxil edildi. Avropa Oyunlarının təşklat komitəsinin sədri, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevann rəhbərliyi altında yüksək səviyyədə keçirilən bu oyunların tərkib hissəsi kimi karate yarışları dünya idman həvəskarlarının xatirində dərin təəssüratlar yaratdı. Teleyayım vasitəsilə dünyanın yüzdən artıq ölkəsi belə mötəbər yarışda karate növünün də təmsil olunduğunu gördü.

Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla birgə Avropa Oyunlarının karate yarışlarını izlədilər. Hələ oyunlar zamanı T.Bax karate yarışlarının səviyyəsindən çox razı qalmışdı və belə böyük marağa səbəb olan idman növünün olimpya hərəkatında önəmli yeri olacağını bildirmişdi.

Hazırda mən Braziliyada Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümyəndə heyətinin tərkibindəyəm və bu günlər karate ilə bağlı baş verən müsbət tarixi hadisələrlə əlaqədar olaraq çoxaylı təbriklər alıram. Bu təbrikləri sizinlə bölüşmək mənə çox xoşdur, çünkü bu uğur hər birimizin birgə uğurudur.

Əcnəbi mütəxəssilərin də bildirdiyi kimi bir qədər əvvəl qeyd etdiyim Avropa Oyunlarında karatenin təbliği onun Olimpiadaya daxil olmasına böyük təkan verdi. Təbii ki, Dünya Karate Federasiyası son illər bu sahədə böyük işlər görürdü. Və nəhayət xoş bir nəticə əldə edə bildik.

Nəzərinizə çatdırım ki, karate üzrə rəsmi beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə baxmayaraq, bu döyüş idman növünün Olimpiya proqramının bir hissəsi olmaması müəyyən keyfiyyətlərə təsir edirdi. Dünya Karate Federasiyasının Texniki komitəsinin üzvü kimi deyə bilərəm ki, artıq bu mənfi cəhətlər də aradan götürüləcək və hər bir rəsmi yarışın Olimpiya oyunları səviyyəsində təşkil edilməsinə cəhdlər maksimum dərəcədə artırılacaq.

Azərbaycan karatesinin dünyada favoritlərdən biri olmasını əsas tutaraq əminliklə deyə bilərəm ki, Olimpiya Oyunlarında idmançılarımız layiqli sözlərini deyəcəklər. Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Milli Karate Federasiyası bundan sonra faəliyyətini daha da genişləndirəcək və bir sıra gücləndirici tədbirlər, islahatlar həyata keçiriləcək.

Təbrik mətnimin sonunda karatenin Tokio 2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsi uğuru münasibətilə Azərbaycan idmanını, ölkənin idman ictimaiyyətini, karate ilə məşqul olan idmançıları, məşqçiləri, hakimləri, mütəxəssisləri və karate həvəskarlarını təbrik edirəm. Biz bu əlamətdar günü çoxdan gözləyirdik və uzun illərdir ki, böyük zəhmətimizlə yarışlarda yüksək nəticələr göztərərək Azərbaycanı dünyanın karate ölkələrindən biri kimi tanıtdıq. Ümid edirəm ki, bu ənənə ilbəil artacaq və Olimpadalardan vətənə üzüağ dönəcəyik.

Qeyd edim ki, Tokio Olimpiadasında kişilər və qadınlar fərdi kumitedə 3 çəki dərəcəsi üzrə, hər çəkidə 4 medal uğrunda mübarizə aparacaqlar. Kata çıxışlarında eynilə kişi və qadınlar hər biri 4 mükafata sahib olmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.

Qarşıda bizi oktyabrın son günləri Avstriyada böyüklərin dünya çempionatı, 2017-ci ilin mayında isə Bakıda 4-cü İslam Hərməylik oyunları kimi məsul yarışlar gözləyir. Təbii ki, karate ilə bağlı bu son tarixi qərar idmançılarımızın uğrulu çıxış etmələrinə əlavə stimul verəcək.

Bu şərəfli yolda bizə dəstəyini əsirgəməyən və daimi diqqətində saxlayan ölkə prezidenti cənab İlham Əliyevə, Milli Olimpiya Komitəsinin 1-ci vitse-prezidenti Çingiz Hüseynzadəyə, Gənclər və İdman naziri Azad Rəhimova və bş sponsor Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə kolletktiv adından dərin minnətdarlığımızı bildirirəm. Çalışacayıq bundan sonra da bizə göstərilən etimadı artıqlaması ilə doğruldaq və Azərbaycanının idman şərəfini daima uca tutaq.

 

Hörmətlə Azəbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü Yaşar Bəşirov.

04 avqust, Rio De Janeyro, Braziliya.