Karate döyüş idman növü Tokio 2020 Olimpiadasının proqramına daxil edildi.
Bu qərar Beynəlxalq Olimpiya Komitəsinin Braziliyanın paytaxtı Rio De Janeyroda 129-cu sessiyasında verilib. Karate ilə birgə daha dörd idman növü - beysbol, serfinq, dağadırmanma və skeytbordinq də növbəti Yay Olimpiya Oyunlarının proqramına salınıb.
Karateçilər Tokio Olimpiadasında yalnız fərdi yarışlarda - kata çıxışları və kumitedən 3 şəki dərəcəsində mübarizə aparacaqlar.
Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov

