Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

KARATE ÜÇÜN “OSS!” DE

A+ a-
02 Avqust 2016 01:53

Karate ailəsi avqust ayında yaddaqalan anlar yaşamaq ümidindədir. Bütün dünyada milyonlarla karate azarkeşlərinin ümid və arzuları avqust ayının 3-də  Braziliyanın Rio de Janeyro  şəhərində keçiriləcək  Beynəlxalq Olimpiya Komitəsinin 129-cu Sessiyasında Tokio 2020 Olimpiya Oyunlarının proqramına daxil ediləcək bu idman növü ilə bağlıdır.  

Karate dünyası özünün Olimpiya arzularının həqiqətə çevrilməsini görməyin mümkünlüyünün şövqü ətrafında birləşdiyi halda, bütün karatistlərin öz sevimli idmanı üçün dəstək vermələrinin vaxtı çatmışdır.  

Bütün dünyadakı karate azarkeşləri indi onların karateyə dəstəklərinin necə güclü olduğunu göstərmək və karatenin Tokio 2020 axtarışında onun simalarından biri olmaq üçün əlverişli imkana malikdirlər. 

Necə? Çox asan: Sadəcə şəkil və ya qısa videolarınızı aşağıdakı üç təsvirdən biri ilə birlikdə   worldkaratefederation2016@gmail.com –a göndərin və karatenin ən böyük azarkeşi olduğunuzu sübut edin.                                                       

Siz öz dəstək mesajınızı seçə  və  şəkil və ya videolarınızı universal hörmət və salamlama sözü olan “Oss!”-la, özü-özünü izah edən “Mən dəstəkləyirəm” ifadəsi ilə və ya öz orijinal mesajınızla göndərməyiniz barədə özünüz qərar verə bilərsiniz. 

Ən yaxşı şəkillər və videolar Dünya Karate Federasiyasının (WKF) Sosial Media kanallarında göstəriləcək və ən yaradıcı təsvirlər qarşıdan gələn, 2016-cı ildə Linzdə keçiriləcək Dünya Karate Çempionatında nümayiş etdiriləcək xüsusi poster divarının bir hissəsi olacaq.

Qeyd edək ki, WKF-in rəsmi internet səhifəsi bu məlumatı mayda Fransada komanda yarışlarında Avropa çempionu olan qadınlardan ibarət milli komandamızın final görüşündən sonrakı qələbə sevincli şəkili ilə dərc edib.

 

 WKF-in rəsmi internet səhifəsinə istinadla Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov