Beynəlxalq dərəcəli hakimlərimiz Avropa Karate Federasiyasının (EKF) Hakimlər komitəsinə növbəti imtahandan uğurla çıxıblar. Türkiyənin Kocaeli şəhərində Reagional Avropa çempionatı ərəfəsində sınaqdan keçən hakimlərimiz Vüqar Kərimovla Rənad Əliyev dərəcələrini yüksəldiblər. Yusif Məmmədovla Şahin Xudaverdiyev isə lisenziyalarını artırıblar.
147 hakimin qatıldığı nəzəri imtahanlar qitə çempionanda praktiki sınaqla davam edəcək.


.