Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Qadınlardan ibarət milli komandamız tarix yazdı

A+ a-
06 May 2016 20:05

     İrina Zaretska, Fəridə Abiyeva, İlahə Qasımova və Nuranə Əliyevadan ibarət qadın milli komandamız tarixind ilk dəfə komanda yarışlarında Avropa çempionatının finalına yüksəldi.

     İlk görüşdə Portuqaliya idmançılarını 7-1 hesabı ilə məğlub edən karateçilərimiz, ardından Rusiyanı 8-5, Finlandiyanı isə 6-3 hesabı ilə məğlub edərək yarımfinala çıxdılar. 

     Final uğrunda həlledici görüşdə isə qadın komandamızın rəqibi güclü Türkiyə idmançıları oldu. Bu mərhələdə əzmkar mübarizə nümayş etdirən karateçilərimiz hesabda geri olsala da nəticədə 7-4 hesablı qələbə ilə finala çıxdılar. Yarışdan fotoalboma federasiyanın rəsmi "Facebook" səhifəsindən baxa bilərsiniz. 

     Final görüşündə onları qitənin ən güclü və titullu komandalarından biri, Xorvatiya idmançıları ilə gərgin görüş gözləyir. Qızıl medalın taleyi mayın 8-də məlum olacaq. Həlledici görüşlər federasiyanın saytı vasitəsilə canlı yayımlanacaq. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, Monpelye Fransa.