Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

DUBAY PREMYER LİQASI - 1 QIZIL VƏ 1 GÜMÜŞ MEDAL

A+ a-
11 Aprel 2016 12:32

     Karateçilərimiz Dubayda növbəti Karate1 Premyer Liqa turnirində 2 mükafat qazanıblar.

     Rafael Ağayev (-75 kq) nüfuzlu turnirin qalibi olub. Milli komandanIn kapitanı Şahin Atamov (+84 kq) isə gümüş medala sahib olub. 

     Bu nəticə ilə Azərbaycan karateçiləri 5-ci yeri tutublar. Ümumi mükafat fondu 100 000 dollar olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib.

     Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci "Bakı Open" Beynəlxalq turniri gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransada Avropa çempionatına son hazırlıqları keçirəcək. 

 ir

 

 Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov