Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Karateçilər Premyer Liqada

A+ a-
06 Aprel 2016 12:21

Azərbaycan karateçiləri 8-10 aprel tarixlərində Dubayda növbəti Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər. 

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhəbrliyi ilə Birləşmş Ərəb Əmirliklərində "Al-Ahli Dubai Open"ə 14 nəfərlik heyət yollanıb. Kumite yraışlarında Firdovsi Fərzəliyev (-60 kq), Nİyazi Əliyev və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayaev və Samir Məmmədov (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov, Orxan Heydərli və Əli Cəfərov (+84 kq), İlahə Qasımova (-55 kq) və İrina Zaretska (- 68 kq) mübarizə aparacaq. Kata çıxışlarına isə Roman Heydərli ilə Rafiq Əmirov qatılacaq. Onlardan başqa Karate1 Premyer Liqasında ilk dəfə fiziki qüsurlu idmançımız Sahib Əhədov tatmiyə çıxacaq.

Dubaydakı nüfuzlu yarışa komanda ilə birgə federasiyann birinci vitse-prezidenti Rəhman Hətəmov, məşqçilərdən Seymur Hüseynovla Vahid Ayvazov, beynəlxalq hakimlərdən isə Rənad Əliyev də yola düşüb. "Al-Ahli Dubai Open" həmçinin milli komandamızın mayın əvvəlində Fransada 51-ci Avropa çempionatı qabağı son sınaq yarışıdır. 

 

 Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov