Milli komandanın üzü İrina Zaretska (-68 kq) Hollandiyada nüfuzlu Premyer Liqa turnirinin bürünc medalını qazanıb.
Rotterdamda mövsümün 3-cü Premyer Liqasında iştirak edən İ.Zaretska 6 görüşdən yalnız yarımfinalda 2 xal fərqi ilə məğlub olub. Təsəlliverici görüşlərə qatılan idmançımız bürünc mükafat şansını əldən verməyib.
Ukraynalı legioner turnirboyu aşağıda qeyd edilən nəticələri göstərib:
32/1
Maryam Zaqooami (Danimarka) 4:0
1/16
Mandi Besselinq (Hollandiya) 3:0
1/8 final
Kamila Varda (Polşa) 1:0
1/4 final
Lisa Rassmusson (İsveç) 6:1
1/2 final
Guzeliyə Qafurova (Qazaxıstan) 1:3
Təsəlliverici görüşlər
Viktoriya Pillarova (Rusiya) 1:0
Milli komandamızdan yalnız İrina Zaretska bu yarışa qatılıb. Rotterdam Premyer Liqasında 59 ölkədən 778 karateçi mübarizə aparıb. Azərbaycan 1 bürünc medalla 25 mükafat qazana bilən ölkə arasında ümumi hesabda 17-25-ci yerləri bölüşüb.
