Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

2016-cı il mövsümünə start verilir

A+ a-
19 Yanvar 2016 11:08

     Azərbaycan karateçiləri 2016-cı il mövsümünə həftəsonu 2 beynəlxalq yarışla start verəcəklər. Müxtəlif yaş qurupları üzrə milli komandanın üzvləri Fransa və İrana yollanır.

     Dünya Karate Federasyasının Premyer Liqa yarışlarından ən nüfuzlusu "Paris Open"də əsasən böyüklərdən ibarət heyətin idmançıları olmaqla 13 nəfər tatamiyə çıxacaq. Federasiya prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident Rəhman Hətəmovun rəhbərliyi ilə Fransanın paytaxtına yollanan heyətə Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi -67 kq), Rafael Ağayev və Samir Məmmədov (hər ikisi -75 kq), Ayxan Mamayev və Pənah Abdullayev (hər ikisi -84 kq), Asiman Qurbanlı, Əli Cəfərov və Şahin Atamov (hər üçü +84 kq), həmçinin Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq) və Fəridə Abiyeva (-61 kq) daxil edilib. Beynəlxalq hakimlərdən Cahangir Babayevlə Yusif Məmmədov və baş məşqçinin köməkçisi Rəşad Hüseynov da Premyer Liqaya yola düşürlər.

     Tehranda beynəlxalq turnirdə isə yeniyetmə və gənclərin bir hissəsi mübarizə aparacaq. Gənclərdən ibarət seçmə komandanın böyük məşqçisi Şahin Xudaverdiyevin başçılıq etdiyi heyətə Hümmət Baxşəliyev (-57 kq), Ceyhun Mustafayev və Ülvi Qurbanov (-60 kq), Şahin Quluzadə və Orxan Şabanov (-67 kq), Vüsal Kamallı (-75 kq), Nəcməddin Bünyadov və Turqut Həsənov (hər ikisi -84 kq), Sərxan Quluzadə (+84 kq), Roman Heydərov (kata), eləcə də Aysel Babayeva və Asya Məlikova (hər ikisi -50 kq) və Aytac Əliyeva (-55 kq) cəlb olunub. Yeniyetmə və gənclər fevralın əvvəlində Kiprdə növbəti Avropa çempionatına hazırlaşırlar. 

 

Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov