Hörmətli hakimlər!
Bu həfənin şənbə günü - 16 yanvar tarixində saat 10:00-da, İnter Arena İdman kompleksində Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında növbəti praktiki hakimlik seminarı keçiriləcək.
Hakimlər komitəsinin sədri, beynəlxalq hakim Cahangir Babayevin rəhbərliyi altında praktiki seminarda geyim forması sərbəstdir. Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin karate cəmiyyətlərinin hakimlərinin seminarda iştirakı vacibdir. Rayon nümayəndələrinin seminara qatılması isə könüllüdür.