12 yanvar tarixində Azərbaycan Milli Karate Federasiyasının 1-ci vitse-prezidenti Rəhman Hətəmovun doğum günüdür. Uzun illər milli komandanın baş məşqçisi işlədiyi dövrdə o, komanda ilə İslam Oyunlarının və Avropa çempionatının qalibi olmaqla yanaşı, 1-ci Avropa oyunları başda olmaqla avropa və dünya çempionatlarında, həmçinin nüfuzlu Premyer Liqa turnirlərində yüksək nəticələr göstəib.
Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, məşqçi, hakim və idmançı heyəti, o cümlədən baş sponsor Azərbaycan Beynəlxalq Bankı əməkdar məşqçi və əməkdar idman xadimi Rəhman Hətəmovu təbrik edir, ona fəaliyyətində uğurlar arzulayır.
