Video
Afişa
Səhifə
Sorğu
"Facebook" səhifəmizi bəyənirsinizmi?
Hə
Yox
Bitərəf
Ses ver

Azərbaycan Milli Karate Federasiyasında struktur dəyişikliyi edilib

A+ a-
11 Dekabr 2015 10:55

     Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.

     Milli komandaların baş məqçisi, Əməkdar məşqçi və Əməkdar idman xadimi Rəhman Hətəmov federasiyanın 1-ci vitse-prezidenti təyin olunub. Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarətdir.

     Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, Gənclər və İdman nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, baş sponsor Azərbaycan beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Jahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov daxil edilib.