Türkiyə Karate Federasiyasının prezidenti Esat Delihasan Serbiyanın paytaxtı Belqradda Balkan Karate Federasiyaları Birliyinin Baş Məclisində yekdil səsvermə ilə təşkilatın rəhbəri seçilib. Türkiyə karatesinin tarixində bir sıra uğurları olan E.Delihasan, həmçinin Dünya və Avropa Karate Fedrasiyasları İcraiyyə komitəsinin üzvü olmaqla yanaşı, bu ildən Ağdəniz Karate Federasiyaları Birliyinin 1-ci vitse-prezidenti vəzifəsini də icra edir.
Bu əlamətdar hadisə münasibəti ilə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və federasiyanın kollektivi qardaş ölkənin karate federasiyasının prezidenti Esad Delihasanı təbrik edir, ona yeni işində uğurlar arzulayır.
