Azərbaycan Mİlli Karate Federasiyasının dəvəti və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə Dünya Karate Federasiyası (WKF) Hakimlər komissiyasının üzvü Rafael Orteqa Bakıya gəlir. Tanınmış fransız mütəxəssis yerli hakimlərə 2 gün seminar keçəcək.
6-7 aprel tarixlərində "İnter" arenada federasiyanın təlim-məşq bazasında seminarlar saat 11-də başlayacaq. Bütün hakimlərin iştirakı məcburidir və onlar seminara kimanoda qatılmalıdırılar. Milli komandanın üzvləri də seminarda iştirak edə bilərlər.
Rafael Orteqa seminarda yarış qaydalarını və referilik mədəniyyətini izah edəcək, idmançı və məşqçilərin hakimlərlə təması haqda, eləcə də digər təcrübələrini bölüşəcək.
